İqtisadiyyatın strateji yol xəritəsi İmişlidə müzakirə olundu
Azərbaycan Respublikasının Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin növbəti ictimai müzakirəsi İmişli şəhərində keçirilmişdir. 400 nəfərə yaxın iştirakçının qatıldığı İctimai müzakirədə İmişli, Saatlı, Beyləqan, Ağcabədi, Sabirabad və Salyan rayonlarının ziyalıları, sahibkarları və digər ictimaiyyət nümayəndələri fəal iştirak etmişlər. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, maliyyə nazirinin müavini Emin Hüseynov və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev məruzə ilə çıxış ediblər. İctimaiyyət nümayəndələri pambıqçılığın inkişafı, iri təsərrüfatların yaradılması, kooperasiya, ictimai iaşə və kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflərini veriblər. Qeyd edilib ki, bütün təkliflər sistemləşdiriləcək və müvafiq qaydada təhlil olunaraq nəzərə alınacaqdır. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin növbəti ictimai müzakirəsi iyulun 9-da Lənkəran şəhərində keçiriləcəkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib