İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nizamnaməsinə dəyişiklik
Prezident İlham Əliyevin Fərmanı ilə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə əlavələr edilib. Fərmana əsasən “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.13-1-ci yarımbənd əlavə edilib: “Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir”.
Qeyd edək ki, bu Fərman Prezident İlham Əliyevin 2016-cı il 21 sentyabr tarixli "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılan fəaliyyətin yerinə yetirilməsinə töhfə verəcəkdir.
Prezidentin digər Fərmanı ilə isə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə 3.5.2-1-ci yarımbənd əlavə edilib: “Müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir”.
Prezident İlham Əliyevin bu fərmanları normativ hüquqi aktların 2349 nömrəli Sərəncama uyğunlaşdırılmasını təmin edəcək və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portalının uğurlu fəaliyyətinə zəmin olacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib