İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Estoniyada seminarda iştirak edir
Ramil Hüseyn 27-28 oktyabr 2016-cı il tarixlərində Estoniyanın Tartu şəhərində keçirilən "Torpaq islahatının aparılması – çağrışlar və ən yaxşı təcrübələr" (Conducting Land Reform – Challenges and Best Practices) mövzusunda seminarda iştirak edib. Tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edir.
Seminarın təşkil olunmasında 3 əsas məqsədi var: Bunlar torpaq islahatının cari vəziyyəti, ən yaxşı təcrübələr, torpaq idarəetməsinin təkmilləşdirilməsidir. Seminar zamanı Estoniya, Latviya, Litva və Almaniyanın yüksək səviyyəli mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşəcəklər. İİTKM-nin analitiki seminarda Kənd Təssərrüfatı Nazirliyinin nümayəndləri ilə birgə hazırladığı ölkə təqdimatı iştirakçılara təqdim edəcək.
Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən torpaq islahatının 20 ili tamam olur. Məhz MDB regionunda analoqu olmayan bu torpaq islahat barədə də tədbir iştirakçılarına məlumat veriləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf