İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə departament rəhbəri təyin olundu
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Zənurə Talıbova təhsilinə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb. Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. Uzun müddət televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 40-a qədər (veb-saytlar, elektron portallar, sosial şəbəkələrdə və vikipediyada səhifələr və s.) elektron resurs üzərindən güclü kommunikasiya həyata keçirir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır