İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ümumi tarazlıq modeli hazırlanır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ümumi İqtisadi Tarazlıq Modeli işlənilir. Bu kontekstdə Asiya İnkişaf Bankı Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində Ümumi Tarazlıq Modeli (CGE) haqqında seminar təşkil edib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbər əvəzi Rəşad Hüseynov və Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova iştirak edirlər.
Qeyd edək ki, Asiya İnkişaf Bankının Ümumi Tarazlıq Modelinin (CGE) makroiqtisadi təhlillərdə istifadəsi və tətbiqi ilə bağlı seminarı İİTKM-də müvafiq modelin qurulmasına əlavə töhvə olacaqdır. Bu model sahələr arası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir.
Astanada keçirilən seminarda Avstraliyanın Viktoriya Universitetinin professoru Mark Horic, eləcə də Asiya İnkişaf Bankının Departament rəhbərləri Edimon Gintinq və Dipsa Vijerasna, Nazarbayev Universitetinin professoru Janna Kapsalyamova məruzələr oxuyacaqlar. İİTKM-in departament rəhbərinin əvəzi Rəşad Hüseynovun sözlərinə görə, seminarda Azərbaycanda Ümumi İqtisadi Tarazlıq Modelinin inkişaf etdirilməsi üçün müzakirələr də aparılır. R.Hüseyov bildirib ki, beynəlxalq ekspertlərin Ümumi İqtisadi Tarazlıq Modelinin qurulması işinə cəlb edilməsi, modelin adekvatlığını daha da artıracaqdır. Seminarda Azərbaycan nümayəndələrindən başqa həm də Qazaxıstan və Qırğızıstanın dövlət orqanlarının, beyin mərkəzlərinin və akademik qurumların təmsilçiləri iştirak edirlər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu