İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qrant müsabiqəsinə dair QHT-lərlə görüş olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə həyata keçirdikləri qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub. Görüşdə hər iki qurumun nümayəndələri, eləcə də elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib.
2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına, qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə, Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslərə dair mövzular ətrafında elan olunub. Müsabiqə çərçivəsində 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur. İcra müddəti 2 aydan 8 ayadək nəzərdə tutulan layihələrdə müsabiqə fondu 80 min manat təşkil edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüş zamanı elan olunun müsabiqə barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron sistemdən istifadə ilə bağlı hazırlanan məlumatlandırıcı video çarx nümayış olunub və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
QHT-lərin nəzərinə çatdırılıb ki, layihələrin icrası zamanı Azexport.az portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının və Enterprise Azerbaijan portalının ekspertləri də onlara müvafiq dəstək göstərəcəklər. Həmçinin QHT nümayəndələrinə izah edilib ki, strateji yol xəritələrində əksində tapan hər hansı bir strateji hədəf və ya tədbirlə bağlı da layihə icra edə bilərlər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını aktiv iştirakını arzulayır və onlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir