İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının ekspertləri ilə görüş keçirilib
İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Azərbaycanda olan missiyasını qəbul edib. Müzakirələr zamanı bildirilib ki, Dünya Bankı Qrupunun Ticarət və Rəqabətlilik üzrə Qlobal Praktikası bölməsinin missiyası Sənaye Zonaları üzrə Texniki Yardım çərçivəsində həyata keçirilir. Dünya Bankının ekspertləri Azərbaycanda sənaye zonaları və sənaye məhəllələrinin qurulması sahəsində iştirak edən müvafiq qurumlara məsləhət xidmətlərini təqdim etməyə davam edəcəklər.
Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə ölkədə qeyri-neft senayesinin inkişafı siyasətinə dair məlumat verib və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, missiyaya özəl sektor üzrə üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Melissa Rekas Mets, sənaye parkları üzrə mütəxəssis cənab Şərif Muhtaseb və sənaye parkları üzrə maliyyə mütəxəssisi cənab Ceymz Krittl daxildir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır