İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində beynəlxalq konfrans keçirildi
Noyabrın 24-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda konfrans keçirilib.
Konfransı giriş nitqi ilə Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov açıb. Elxan Mikayılov tədbirin önəmindən danışaraq, bildirib ki, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub. Buna görə də ölkə başçısının tapşırılıqları siyasi islahatların, iqtisadi islahatlarla paralel şəkildə aparılması istiqamətindədir. Bu istiqamətdə Prezidentin sərəncam və fərmanları, eləcə də qəbul olunmuş qanun layihələri atılan addımları daha da effektiv edib. Elxan Mikayılov həmçinin bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır.
Sonra SİGMA-nın rəhbəri xanım Karen Hill çıxış edərək bilidirib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir. K.Hill dövlətin maliyyə vəsaitindən səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması və bununla da vətəndaşların rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. “Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq. ”
İİTKM-nin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında bilidirib ki, Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir: “Dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq edilən və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilib və Prezident Fərmanına uyğun olaraq tətbiq ediləcək. Dövlət müəssisələri üçün effektiv fəaliyyət üzrə uyğun mexanizmlər müəyyənləşdiriləcək. Bu sahədə dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək.” Dr. Qasımlı həmçinin əlavə edib ki, Milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanın spesifik inkişaf modelinə malik olduğunu və bu strateji inkişaf kursunun Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri sayəsində isə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb. Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir”. Akademik həmçinin əlavə edib ki, milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan dünyada layiqli yerini tutmağa müvəffəq olub. Ziyad Səmədzadənin fikrincə, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Milli Məclisin deputatı Vüsal Hüseynov və ASAN xidmətin aparat rəhbəri Azad Cəfərli “Azərbaycanda cari islahatlar və potensial islahatlar üzrə əsas təmərküzləşmə sahələri” mövzusunda məruzə ediblər.
Konfrans zamanı Avropa İttifaqı Komissiyasının Qafqaz, Belarus və Şərq Tərəfdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Vassilis Maraqos və Aİ nümayəndə heyətinin rəhbəri Malena Mard “İnstitusional islahatlar - uğurlu inkişaf üçün əsas şərt” adlı məruzə ilə çıxış ediblər. SİGMA-nın baş məsləhətçiləri Marian Lemke, Kaido Paabusk, Daniel İvarsson xüsusi sahələr üzrə İdarəetmə Prinsiplərini təqdim edərək, iştirakçıların suallarını cavablandırıblar. Avropa İttifaqı Əməkdaşlıq Departamentinin rəhbəri Jeroen Viilems isə qurumun institusional islahatları dəstəkləyən hazırki və potensial fəaliyyət istiqamətləri barədə danışıb.
Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, ASAN, ABAD, Hesablama Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət İmtahan Komissiyası, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Sahibkarlığa kömək Milli Fondu, Azpromo, Dünya Bankı, ADA, DİA, Azərbaycan Dövlət İqtisad Universitetinin bir sıra QHT-lərin nümayəndələri iştirak ediblər.
Müzakirələrin sonunda iştirakçıların rəyi dinlənildikdən sonra İqitisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və SİGMA təşkilatının rəhbəri Karen Hill yekun nitqi ilə çıxış ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib