İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində beynəlxalq ekspert təlim keçir
Noyabr ayının 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət strukturlarının nümayəndələri üçün “Keçid iqtisadiyyatlı ölkələrdə makroiqtisadi stabilləşmə və iqtisadi artım” mövzusunda treninq keçirilib. Treninq BMT-nin İnkişaf Proqramının (UNDP) İİTKM-də çalışan qonaq eksperti Ben Sley tərəfindən aparılıb. Treninqdə müxtəlif ölkələrdə müşahidə olunmuş iqtisadi inkişaf yolları və onların nəzəri əsasları, bu ölkələrin nümunəsindən götürülməli olan dərslər, keçid ölkələrində iqtisadi inkişafın çətinlikləri və üstünlükləri, qısa, orta və uzunmüddətli dövrdə iqtisadi artıma müxtəlif yanaşmalar müzakirə olunub. Treninq zamanı resurslarla zəngin ölkələrin keçdiyi inkişaf yolu, dünya dəyər zəncirinin hissəsinə çevrilməklə baş verən iqtisadi inkişaf, makroiqtisadi stabilləşmənin ölçülməsi üçün lazım olan kəmiyyət meyarları xüsusi diqqətə səbəb olub.
İİTKM-in Konsaltinq və Treninq Koordinatoru Kamil Ələsgərov bildirir ki, bu tipli təlimlərin daha geniş tərkibdə və məzmunda gələcəkdə də keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanda makroiqtisadi stabilləşmə və iqtisadi artım üçün uyğun modelin seçilməsi üzrə işlər aparılır, müxtəlif dövlət qurumları maksimum səviyyədə buna öz töhfələrini verməyə çalışır. Bu treninq əməkdaşları uyğun istiqamətlərdə daha məlumatlı etmək, müqayisəli şəkildə ən yaxşı yanaşmanın seçilməsinə dəstək olmaq məqsədi daşıyır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib