İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bank islahatları müzakirə olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycanın maliyyə-bank sektorunda çağırışlar və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ölkədə aparılan islahatlar artıq bank sektorunun da böhrandan çıxmasına imkan yaradıb: “Maliyyə-bank sektoru milli iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişafı və makroiqtisadi sabitliyin qorunmasında daha önəmli rol oynamalıdır.”
Tədbirdə Dünya Bankının nümayənədələri Angela Prigozhina, Fernando Dankausa və Lalit Rainanın məruzələri dinlənilib. Bank sektorunda kapitallaşma, dollarizasiya səviyyəsi, kredit portfelinin keyfiyyəti, problemli kreditlərin vəziyyəti və risk menecmenti kimi mövzularda müzakirələr aparılıb. Qeyd edilib ki, 2018-ci ildən başlayaraq iqtisadi artıma bank sektorunun töhfəsi genişləndirilməlidir. Bunun üçün strateji yol xəritələri çərçivəsində davamlı iqtisadi islahatlar əhəmiyyətli rol oynayacaq.
Dəyirmi masada dövlət, bank sektoru, biznes və akademik dairələrin nümayəndələri iştirak edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu