İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni tədqiqata başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının bu məqsədlə ölkəmizə gələn ekspert qrupunu qəbul edib. Müzakirələr zamanı bildirilib ki, missiya zamanı fiskal siyasətin müstəqil qiymətləndirilməsi aparılacaq. Dövlət Neft Fondunun transfertləri ilə yanaşı fiskal siyasətin adekvatlığı baxımından büdcə prosesi də təhlil ediləcək və təkmilləşdirmə imkanları müəyyən ediləcək. Bundan əlavə, birinci missiya ərzində ekspert qrupu tərəfindən Avropanın qabaqcıl təcrübəsi barədə təqdimat keçiriləcək və birinci missiyanın yekunu olaraq, əsas nəticələr və təkliflər haqqında hesabat veriləcək. Mərhələli müzakirələr aparacaq missiyaya sədr Kristofer Vales və ekspertlər Janis Platais və Tamar Medulaşvili daxildir. Onlar dövlət və akademik dairələrin nümayəndələri ilə görüşlər keçirəcəklər. Qeyd edək ki, İİKTM-də aparılan müzakirələr zamanı Azərbaycanda fiskal dayanıqlılıq yüksək qiymətləndirilib.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025