İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Dr.Vüsal Qasımlı tədbiri giriş nitqi ilə açıb. O bildirib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Dr.Vüsal Qasımlı qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var. Azərbaycan prezidentinin sərəncamına əsasən yaradılan Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası Microsoft-un Azure platformasından istifadə edir. Həmçinin, tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün də əməkdaşlığa başlayırlar. Məhz bu səbəbdən imzalanacaq memorandum bu istiqamətdə atılan müsbət addımdır. Dr.Vüsal Qasımlı: Cənab Prezidentin tapşırığına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji yol xəritəsinin kommunikasiyasını həyata keçirir. Bu baxımdan Microsoft kimi dünya nəhənginin Azərbaycandakı islahatlar prosesində daha yaxından iştirakı, həmçinin innovativ inkişafa dəstək verməsi aparılan iqtisadi siyasətə etimadı və inamı daha da gücləndirir. Məhsuldarlıq əsaslı iqtisadi inkişafın kökündə innovaiv idarəetmə, texnoloji inkişaf, bazarlara çıxış və insan kapitalının gücləndirilməsi dayanır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Microsoft arasında anlaşma hər dörd istiqamətdə inkişafa təkan verməklə ölkəmizin innovativ inkişafına töhfədir. Bu anlaşma həm də xarici investorlara bir mesajdır ki, Azərbaycana daha çox investisiya yatırılsın.
Daha sonra Microsoft Azərbaycan şirkətinin baş direktoru Sərxan Həşimov çıxış edərək deyib ki, təmsil etdiyi qurum qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışır. Baş direktor bildib ki, hazırda daha qlobal düşünən gənclərə ehtiyac var. Belə bir əhəmiyyətli bir dövrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına həmçinin yeni dəyərlərin yaradılmasına imkan verəcəkdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, elektron ticarət üzrə ekspert Rəşad Camal, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vüqar Babayev, sahibkarlar Konfederasiyasının şöbə müdiri İsmayıl Ələkbərov,Ali Kutvan və digər iştirakçılar çıxışlar edərək, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ildə strateji layihələr həyata keçirdiyini, “Microsoft Azerbaijan” şirkətinin isə daim innovativ və maraqlı yanaşması ilə seçildiyini vurğulayıblar. Onlar əlavə ediblər ki, bu iki qurumun imzaladağı əməkdaşlıq memorandumu Azərbaycanda İKT sahəsində real layihələrin həyata keçməsinə imkan yaradacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Həmçinin sənəddə milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin hazırlanması, inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alır.
Tədbirdə Azexport.az portalının nümayəndələri eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, həmçinin tanınmış mütəxəssislər Azər Nəzərov, Murad Hüseynov, Ayaz Nizamioğlu, Orxan Rzayev iştirak edib.
Sonda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Dr.Vüsal Qasımlı və Microsoft Azərbaycanın baş direktoru Sərxan Həşimov əməkdaşlığa dair memorandumu imzaladılar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır