İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Oxford Universitetində təqdimat etdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynov Böyük Britaniyanın Oxford Universitetində təşkil edilən 2-ci “Creative Spark” (Kreativ Qığılcım) layihəsinin təşkil etdiyi konfransda iştirak edib.
Rəşad Hüseynov konfrans zamanı əməkdaşlıq dövründə proqrama uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı ilə Böyük Britaniyanın Newcastle Universitetinin birlikdə həyata keçirdikləri işlər barədə təqdimat edib.
İİTKM-in departament rəhbəri Rəşad Hüseynov bildirib ki, gənclər arasında innovativ sahibkarlığı və müəssisə idarəetmə təfəkkürünü formalaşdırmaq üçün mütəmadi olaraq “Enterprise Azerbaijan” portalının dəstəyi ilə həm sahibkarlara, həm də pilot olaraq seçilən universitetlərin tələbələrinə və sahibkarlığın tədrisi üzrə fəaliyyət göstərən müəllimlərə təlimlər keçirilib. Bundan əlavə, seçilən müəllimlərdən müsabiqədə yüksək performansı ilə fərqlənənlər Böyük Britaniyada sahibkarlığın innovativ tədris metodları və kurrikulum optimallaşdırılması istiqamətində təcrübə mübadiləsində iştirak ediblər. Daha sonra, layihə Azərbaycan startaplarına “Böyük fikir” adlı beynəlxalq startap müsabiqəsində iştirak etmə şansı təqdim edib.
Sonda layihə çərçivəsində Azərbaycanda ilk dəfə “Createathon” çərçivəsində fikir mübadilələri aparılan və tələbələrin funksional bizneslərə töhvə verdiyi əks-təcrübə seminarları təşkil edilib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Britaniya Şurası ilə birlikdə ötən ildən başlayaraq “Creative Spark” (Kreativ Qığılcım) layihəsinə start verib və növbəti ildə də bu əməkdaşlıq proqramının davam etdirilməsi nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib