İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Dünya Bankının Baş Maliyyə və Özəl Sektor üzrə mütəxəssisi Ramil Məhərrəmov ilə görüşüb.
Tərəflər arasında EnterpriseAzerbaijan.com portalının gələcək inkişafı, Azərbaycanda “İnnovasiya və Startap Ekosistemi”nin qurulması və inkişafı üçün Dünya Bankının dəstəyi, beynəlxalq yarışların təşkili, investisiyaların təşviqi və korporativ innovasiya proqramlarının idarə edilməsi ilə bağlı xüsusi “İnkişaf Proqramı”nın hazırlanması üçün innovasiya siyasətinin nəzərdən keçirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşdə həmçinin Dünya Bankı və EnterpriseAzerbaijan.com portalı arasında əməkdaşlığın davamlı olması üçün gələcək prespektivlər diqqətə alınıb.
Görüşdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib