İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bir neçə vəzifə üzrə vakansiya elan edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) öz peşəkarlığına güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər kəsə bu fürsəti dəyərləndirmək imkanı yaradır.
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, sektor müdiri
Vəzifə öhdəlikləri:
- İqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
- Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
- Monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində işləri həyata keçirmək;
- Dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
- Monitorinq və qiymətləndirmə ilə bağlı dövri hesabatları hazırlamaq və təqdim etmək;
- Monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsini təmin etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması;
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi
Vəzifə öhdəlikləri:
- İqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
- Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
- Monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində təkliflər hazırlamaq;
- Dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
- Monitorinq və qiymətləndirmə ilə bağlı dövri hesabatları hazırlamaq və təqdim etmək;
- Monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbəələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası);
Staja dair tələb: müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçi
Vəzifə öhdəlikləri:
- Monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
- Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
- Monitorinqin aparılması alətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- Sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
- İcra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
- Monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Monitorinq və qiymətləndirmə şöbəsinə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
- Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək;
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil
Staja dair tələb: müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Dövlət proqramları şöbəsi, şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Dövlət proqramlarının, strategiyaların layihələrinin yazılmasını və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilinin aparılmasını, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsini təmin etmək;
- şöbəyə rəy üçün daxil olan dövlət proqramlarına “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydası”na uyğun olaraq hazırlanması barədə rəy vermək, zərurət yaranarsa dövlət proqramı layihəsinin sözügedən qaydaya uyğunlaşdırılmasını təmin etmək;
- dövlət qurumlarının sifarişi əsasında dövlət proqramlarının hazırlanması üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
- icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
- sosial-iqtisadi prosesləri təhlil edərək müvafiq proqnozların hazırlanmasında iştirak etmək və onlardan dövlət proqramları layihələrinin hazırlanmasında istifadə etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək, onlardan dövlət proqramaları layihələrinin strateji hədəflərini müəyyənləşdirilməsində faydalanmaq;
- rəhbərliklə razılaşdırmaqla milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin perspektivləri, dövlət proqramlarının və strategiyaların hazırlanması barədə mətbuatda (televiziya, qəzetlər, saytlar və s.) çıxışlar etmək;
- qlobal iqtisadi tendensiyaların araşdırılmasında, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətlərin təhlil edilməsində, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatların aparılmasında, bu sahədə mövcud çağırışları qiymətləndirilməsində və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflərin hazırlanmasında iştirak etmək və onlardan dövlət proqramlarının hazırlanmasında istifadə etmək;
- Mərkəz rəhbərliyinin carı tapşırıqlarını icra etmək.
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır)
Staja dair tələb: müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və ya digər tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2024-cü il 26 avqust tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise