İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Barama İnnovasiya Mərkəzinin startup-larına Azexport.az portalını təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Barama İnnovasiya Mərkəzinin startup-larına Azexport.az portalını təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azexport.az portalı ilə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış Barama İnnovasiya Mərkəzi arasında görüş keçirilib. Görüş zamanı Barama  İnnovasiya Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və yaranmaqda olan şirkətləri – startup-lara Azexport.az portalı barədə müzakirə aparıblar. Həmçinin startupçılara portalın məqsədi, texniki imkanları və bazaya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov bildirib ki, portal Azərbaycan məhsullarının vahid informasiya bazası və elektron ticarət platforması olmaqla yanaşı eyni zamanda digər portallarla inteqrasiyanı təmin edir və orada məhsul və xidmətlərin yerləşdirməyə imkan yaradır. Portalın bu gün uğuru bütöv Azərbaycanın elektron ticarətinin uğurudur çünki portal həmdə Azərbaycanın elektron ticarət, elektron ödəmələr və çatdırılma şirkətləri üçün bir lokomotiv funksiyasını daşıyır. Bu gün Portal əmtəə məhsulları ilə yanaşı Azərbaycan şirkətlərinin intellektual məhsullarını da xarici bazarlara təqdim etmək üçün əlverişli vasitədir. Toplantımızın məqsədi portalın imkanları barədə Barama layihəsi çərçivəsində fəaliyyət göstərən startup-ların məlumatlandırılması və onların təqdim etdiyi məhsul və xidmətlərin portalda yerləşdirilməsi, eyni zamanda layihə çərçivəsində fəaliyyət göstərən və çatdırılma xidməti ilə bağlı innovativ həll təklif edən startup məhsulunun portala inteqrasiyasıdır.   

  Azercell şirkətində Strategiya və Biznesin İnkişafı Şöbəsinin rəhbəri İmran Bağırov isə əlavə edib ki, son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələr reallaşıb. O əlavə edib ki, Azərbaycan  startup-çılarının bu istiqamətdə perspektivləri də böyükdür. Azexport.az portalının ixrac imkanları geniş olduğu üçün bura xidmət və məhsuların əlavə edilməsi yeni imkanlar yaradacaq. Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gəclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir.

Tədbir zamanı  portalın texniki dəstəyi ilə məşğul olan şirkət nümayəndələri məlumatların portala daxil edilmə yollarını startupçılara izah ediblər. Daha sonra müzakirələr sual cavab formasında davam etdirilib.

Təbbirdə 30-a yaxın startup-çı iştirak edib