
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət proqramları şöbəsinə vakansiya elan edir
Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya: Dövlət proqramları şöbəsi, şöbə müdiri
Vəzifə öhdəlikləri:
- dövlət proqramlarının, strategiyaların layihələrinin yazılmasını və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilinin aparılmasını, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsini təmin etmək;
- şöbəyə rəy üçün daxil olan dövlət proqramlarına “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydası”na uyğun olaraq hazırlanması barədə rəy vermək, zərurət yaranarsa, dövlət proqramı layihəsinin sözügedən qaydaya uyğunlaşdırılmasını təmin etmək;
- dövlət qurumlarının sifarişi əsasında dövlət proqramlarının hazırlanması üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
- icra müddəti bitmiş iqtisadi sahələrə aid dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
- sosial-iqtisadi prosesləri təhlil edərək müvafiq proqnozların hazırlanmasında iştirak etmək və onlardan dövlət proqramları layihələrinin hazırlanmasında istifadə etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək, onlardan dövlət proqramlarının layihələrinin strateji hədəflərinin müəyyənləşdirilməsində istifadə etmək;
- rəhbərliklə razılaşdırmaqla milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin perspektivləri, dövlət proqramlarının və strategiyaların hazırlanması barədə mətbuatda (televiziya, qəzetlər, saytlar və s.) çıxışlar etmək;
- qlobal iqtisadi tendensiyaların araşdırılmasında, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətlərin təhlil edilməsində, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatların aparılmasında, bu sahədə mövcud çağırışların qiymətləndirilməsində və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflərin hazırlanmasında iştirak etmək və onlardan dövlət proqramlarının hazırlanmasında istifadə etmək;
- Mərkəz rəhbərliyinin cari tapşırıqlarını icra etmək.
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır)
Staja dair tələb: müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s.; yüksək səviyyədə, statistik, ekonometrik və ya digər tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır);
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2025-ci il 1 aprel tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir