İİTKM-lə Özbəkistanın beyin mərkəzi arasında görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyi arasında videokonfrans keçirilib.
Görüşdə İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, həmin şöbənin baş məsləhətçisi Rəşad Nəcəfli, Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə və Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin baş mütəxəssisi Berkzod B. Kurbanov iştirak ediblər.
Görüşdə Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin nümayəndəsi strateji islahatların nəticəliliyinin monitorinqi və qiymətləndirilməsi sahəsində İİTKM-in təcrübəsinə böyük maraq göstərdiklərini bildirib. Bu istiqamətdə əməkdaşlığın qurulması üzrə ilkin addımlar nəzərdən keçirilib.
Tərəflər iki ölkənin beyin mərkəzlərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ortaq layihə və tədqiqatlarla bağlı fikir mübadiləsi aparıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib