İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
5 mart 2025-ci il Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkəni birləşdirən növbəti qaz kəmərini istifadəyə verməsi əlamətdar hadisə kimi tarixə düşdü. Azərbaycanın ayrılmaz hissəsi, bir əsrdən artıq müddətdir ölkənin əsas ərazisi ilə quru bağlantısı olmayan Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, bu, sadəcə bir kəmər deyil, həm də “bir millət-iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır.
Naxçıvanın enerji müstəqilliyini təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında razılaşma 2020-ci ilin dekabrında Ankarada imzalanıb, 2023-cü ildə isə kəmərin tikintisinə başlanılıb. İllik ötürmə gücü 730 milyon kubmetr olan kəmər Naxçıvanın qaz tələbatını tamamilə ödəyəcək. Azərbaycan ərazisində 17 kilometr, Türkiyə ərazisində isə 82 kilometrdən çox olan kəmərin uzunluğu, təqribən, 100 kilometrdir və gündəlik ötürücülük qabiliyyəti 2 milyon kubmetr təşkil edir. Eyni zamanda, kiçik modifikasiya işləri ilə kəmərin ötürücülük qabiliyyətinin gələcəkdə daha da artırılaraq 5 milyon kubmetrə çatdırılması mümkündür. Bu xətt Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni bir keçid olmaqla üçüncü qaz kəməridir: Bakı-Tbilisi-Ərzurum, TANAP və İğdır-Naxçıvan.
Aqil Əsədov bildirib ki, iki ölkə arasında tarixi dostluğun nümunəsi olan İğdır-Naxçıvan kəməri həm də Türkiyənin bir enerji qovşağına çevrilməsinə töhfə verəcək. Qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafına yeni impuls verərək muxtar respublikanın iqtisadi və siyasi təhlükəsizliyini təmin etməklə strateji əhəmiyyət daşıyır.
İİTKM-in şöbə müdirinin sözlərinə görə, gələcəkdə kəmərlə əks istiqamətdə də axın mümkündür ki, bu da perspektivdə kəmərin Zəngəzur üzərindən yeni bir reallıq yaradacağı ehtimalını artırır. İğdır-Naxçıvan kəməri Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana çatdırır. Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə qədim torpağı olan Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər.
Aqil Əsədov bildirib ki, bu gün üçün qaz kəmərinin əhəmiyyəti İğdır və Naxçıvanın sosial-iqtisadi inkişafına verilən impulsla xarakterizə olunsa da, gələcəkdə daha strateji mahiyyət kəsb edərək Azərbaycan qazının, eləcə də Azərbaycan üzərindən Türkiyə vasitəsilə Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasına öz töhfəsini verəcək və Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri arasında bağlantını daha da möhkəmləndirəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib