“Azexport” portalı və tərəfdaşlarının ixraca dair Fəaliyyət planı müzakirə edilib
İİTKM-in operatoru olduğu “Azexport” portalı, “Meetup Networking Club” və Latviyanın “STC” şirkəti arasında əməkdaşlıq çərçivəsində 2025-ci il üzrə “Fəaliyyət planı” ilə bağlı görüş keçirilib. Görüşdə tərəflər arasında bağlanmış anlaşma memorandumunda nəzərdə tutulan layihələrin icra vəziyyəti müzakirə olunub.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycan məhsullarının Amerika, Avropa və Asiya kimi bazarlara ixrac imkanlarının genişləndirilməsi üçün sertifikatlaşdırma, qablaşdırma, etikətləmə və brendləşdirmə istiqamətlərində birgə fəaliyyət davam etdirilir.
“STC” şirkətinin rəhbəri Antanas Makarnvicius vurğulayıb ki, “GLOBALG.A.P”, “HACCP” və “Organic” kimi sertifikatların mövcudluğu xarici bazarlara çıxışda ciddi üstünlük qazandırır. Bu baxımdan 2025-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərə layihə tərəfdaşları ilə birlikdə sadalanan sertifikatların əhəmiyyəti və prosedur qaydaları barədə seminarların, istehsal yerlərində real praktiki təlimlərin təşkili nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib