İqtisadi islahatlar mövzusunda QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsini elan edir. Birgə keçirilən qrant müsabiqəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və sözügedən mövzu üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları iştirak etməyə dəvət edilir.
İİTKM və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
|
SN |
Müsabiqə mövzusunun adı |
Bir layihə üçün maksimum məbləğ |
Maliyyələşdirilməsi nəzərdə tutulan layihə sayı |
|
1. |
Strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
2-dək layihə |
|
2. |
Qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
|
3. |
Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
|
4. |
Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
2-dək layihə |
Müsabiqədə iştirak edən Qeyri-Hökumət Təşkilatı irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır. Qeyd edək ki, layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Müsabiqə fondunun büdcəsi 80 000 (səksən min) manat təşkil edir. Müsabiqədə ümumilikdə 10-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bildirmək istərdik ki, 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:
• 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu; Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
• 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası; Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir.
• 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi; Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.
• 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu