“İqtisadi islahatlar” jurnalı “ERIH+” bazasında indeksləşdirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) hesab edilən Norveçin “ERIH+” bazası tərəfindən ideksləşdirilib (https://erihplus.hkdir.no/journal?id=509184).
Qeyd edək ki, “ERIH+” sosial və humanitar elm sahələrini əhatə edən unikal jurnal indeksidir. Bu indeks xüsusən Avropa üzrə keyfiyyətli jurnallara diqqət yetirir və onların əlçatanlığını artırmağa çalışır.
2025-ci ildə “İqtisadi islahatlar” jurnalı elmi məlumat bazası olan “RePEc”ə (Research Papers in Economics) inteqrasiya olunub. Nəticədə “İqtisadi islahatlar” jurnalında çap olunan məqalələr həm “IDEAS” (https://ideas.repec.org/s/azr/reform.html), həm də “EconPapers” (https://econpapers.repec.org/article/azrreform/) platformalarında oxuculara təqdim olunur.
Hazırda “İqtisadi islahatlar” jurnalının “Scopus” başda olmaqla digər beynəlxalq xülasələndirmə və indeksləmə bazaları tərəfindən indeksləşdirilməsi istiqamətində iş davam etdirilir.
Qeyd edək ki, müəlliflər məqalələrini onlayn qaydada “İqtisadi islahatlar” jurnalına təqdim edə bilərlər (https://journal.ereforms.org/az/submit-article). Jurnalda məqalə çapı ödənişsizdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib