“İqtisadi artım” İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə ümumi hesabatının “İqtisadi artım” İşçi qrupunda müzakirəsi keçirilib.
İclasda çıxış edən İşçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini İşçi qrupun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə 2023-cü ilin ilk 6 ayı ərzində görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, Strategiya üzrə işlərin effektivliyinin təmin edilməsi məqsədilə monitorinq və qiymətləndirmə portalı yaradılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair 2023-cü ilin birinci yarımilliyi üzrə hazırlanmış tərəqqi hesabatlarını təqdim edib.
İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.
“İqtisadi artım” İşçi qrupunda İqtisadiyyat Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib