“İnsan kapitalı və təhsil” İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabatının “İnsan kapitalı və təhsil” İşçi qrupunda müzakirəsi keçirilib.
Elm və Təhsil Nazirliyində keçirilmiş iclasda İşçi qrupun sədri, elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Strategiya barədə məlumat verib, bu istiqamətdə təsdiqlənmiş tədbirlər planlarının, o cümlədən “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi çərçivəsində işlərin vaxtında və effektiv şəkildə icrasının vacibliyini vurğulayıb. İdris İsayev Strategiyanın icrasının monitorinq və qiymətləndirilməsinin aparılması üçün ayrıca portalın istifadəyə verilməsinin və nəzarətin onlayn qaydada həyata keçirilə bilməsinin innovativ yenilik olduğunu bildirib.
Daha sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva hazırlanmış tərəqqi hesabatını təqdim edib.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Şəbnəm Məmmədli və İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Natiq Pənahlının da iştirak etdiyi iclasda məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkar bacarıqlarının artırılması, keyfiyyətə nəzarət tədbirləri və digər məsələlərlə bağlı çıxışlar edilib, hesabat üzrə müzakirələr aparılıb.
“İnsan kapitalı və təhsil” işçi qrupunda Elm və Təhsil Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, həmçinin Əqli Mülkiyyət Agentliyi, Dövlət İmtahan Mərkəzi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Neft Fondu, Elm Fondu, Gənclər Fondu, AMEA və İnvestisiya Holdinqinin müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, Baş nazirin 12 iyun 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib