“İnsan kapitalı və təhsil” İşçi qrupunun 2025-ci ilin I yarımilinə dair iclası keçirilib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədinə müvafiq olaraq “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası təşkil olunub.
İclasda Strategiyanın icrasının 2025-ci ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib, yarımillik hesabatla bağlı nəzərə alınmalı məqamları qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn icraçı qurumlar tərəfindən həyata keçirilmiş işləri yüksək qiymətləndirərək hesabat ilinin sonunadək nəzərdə tutulan digər tədbirlərin icrasının təmin olunmasının və davamlı izlənilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. O, hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, təkliflər və gələcək planlar barədə iclas iştirakçılarını məlumatlandırıb.
Hesabatın təqdimatından sonra İşçi qrupunun üzvləri tərəfindən rəy və təkliflər səsləndirilib və görülən işlərin effektivliyinin artırılması istiqamətində verilən tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyənləşdirilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu