“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 3.2-ci Məqsədində (Yaradıcı və innovativ cəmiyyət) nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinin tam və vaxtında icra edilməsi məqsədilə yaradılmış “İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2024-cü il üzrə hədəflərinin birinci yarımillikdə icrasına dair aparılmış monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub.
Açılış nitqi ilə çıxış edən İşçi qrupunun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iclasın məqsədi və hesabat dövründə görülmüş işlər barəsində danışıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova isə aparılan monitorinqin əsas göstəriciləri ilə bağlı məlumat verib.
İşçi qrupunun sədr müavini, İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov monitorinq və qiymətləndirmə üzrə hesabatın təqdimatı ilə çıxış edib, hədəf indikatorlar üzrə görülmüş işlər, əsas çağırış və tövsiyələri diqqətə çatdırıb.
Daha sonra İşçi qrupunun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini diqqətə çatdırıblar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
“İnnovasiya” işçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycanın qeyri-neft ixracı yeni dövrə qədəm qoyur
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub