“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib
“Rəqəmsal iqtisadiyyat şəraitində informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib. Forumun təşkilatçıları Özbəkistan Prezidentinin yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzi, Özbəkistan İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi və MDB-nin İcraiyyə Komitəsidir.
Forumun ilk sessiyası Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlınının moderatorluğu ilə keçirilib. Sessiyada rəqəmsal iqtisadiyyat şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyəti müzakirə olunub. Azərbaycanda bu sahədə həyata keçirilən strateji yol xəritələri və dövlət proqramları, həmçinin rəqəmsal transformasiya üzrə yeni konsepsiya barədə təcrübə forum iştirakçıları arasında bölüşdürülüb. Eyni zamanda elektron hökumət, elektron təhsil, elektron səhiyyə, elektron kənd təsərrüfatı, rəqəmsal icra hakimiyyəti, Azexport, Rəqəmsal Ticarət Qovşağı, kritik infrastruktur layihələri üzrə informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasəti də təqdim edilib. Forumda kibertəhlükəsizlik sahəsində normativ hüquqi baza, texniki həllər və iqtisadi-maliyyə məsələləri də müzakirə olunub. Forumun işində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, 10-dan çox ölkənin nazirlik və beyin mərkəzlərinin rəhbərləri iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib