“İKT-də qızlar” mövzusunda beynəlxalq konfrans keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda “İKT-də qızlar” mövzusunda keçirilən beynəlxalq konfransda açılış nitqi ilə çıxış edib. Konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası - FEMMES DIGITALES, B.EST Solution və “Bloom Group”-la birgə həyata keçirilib.
Vüsal Qasımlı bildirib ki, hər il aprel ayının dördüncü cümə axşamı qeyd olunan Qızlar İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Günündə - Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommunikasiya Birliyi (BTİ) dünyanın ən sürətlə inkişaf edən sektorunda qızlar və qadınlar üçün texnologiya sahəsində karyera imkanlarının təşviqinin vacibliyini vurğulayır. Kodlaşdırma, tətbiqlərin hazırlanması və kompüter elmlərini öyrənən qızlar və gənc qadınlar sadəcə İKT sektorunda uğurlu karyera qura bilməyəcək, eyni zamanda İKT bacarıqları seçilə biləcək digər sahələrlə müqayisədə tələbələr üçün sürətlə inkişaf edən böyük üstünlüyə çevriləcəkdir. Müxtəlif təhsil fənlərinin inteqrasiyası təhsil alanları daha da zənginləşdirə bilər. Bu ideya əsasında qızları onların texnologiyaya olan maraqlarından yaradıcılıq və bədii istedadlarını ifadə etmək üçün istifadə etməyə təşviq etmək olar. Gənc xanımların STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) bacarıqlarının və biliklərinin artırılması vacibdir. Azərvaycanda ümumi təhsil müəssisələrində müəllimlərin 81,0 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.
Azərbaycanda qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,0 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Parlamentdə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatmışdır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf