İİTKM və Türkiyə Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamenti əməkdaşlıq edəcək
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İSEDAK ve Uluslararası Kalkınma İşbirliği Genel Müdürü Fatih Ünlü arasında onlayn formatda görüş keçirilib.
Görüşdə İİTKM-in fəaliyyəti, xüsusilə dövlət sektorunda strateji idarəetmə və planlaşdırma, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi və iqtisadi təhlil və tədqiqatların hazırlanması sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları əsas müzakirə mövzuları kimi qeyd edilib. Vusal Qasımlı Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması barədə məlumat verib.
Sayın Fatih Ünlü bu sahələrdə Türkiyənin təcrübəsini bölüşərək gələcəkdə İİTKM-in maraq dairəsində olduğu sistemlərin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin faydalı olacağını bildirib.
Görüşdə Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İkili əməkdaşlıq Dairə rəhbəri Mustafa Şimşək, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və hər iki tərəfdən digər rəhbər şəxslər də iştirak edib və qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib