İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyanın Newcastle (Nyu Kasl) Universiteti ilə birgə müəllimləri iki günlük seminarda iştiraka dəvət edir. Seminar 17 və 18 noyabr 2022-ci il tarixində saat 11:00-dan 17:00-ə kimi İİTKM-də keçiriləcək.
İnteraktiv formada təşkil olunacaq seminar müəllimlər üçün biznes və sahibkarlıq sahəsində prioritet mövzuları əhatə edəcək:
• Müvafiq tədris və təhsil strategiyalarının hazırlanması;
• Tədris zamanı tələbələrə həvəsləndirici metodların aşılanması;
• Maraqlı tərəflərlə birgə işin öyrədilməsi;
•Bu sahədə ixtisaslaşan müəllimlərin təcrübələrini qiymətləndirmək və s.
Seminarda əvvəlki layihələrə, o cümlədən, “Creative Spark”a qatılmış və Bakı şəhərində fəaliyyət göstərən hər bir universitet müəllimi iştirak edə bilər. Hər iki gündə iştirak etmək imkanı olan müəllimlərin müraciəti daha arzuolunandır.
İştirak üçün son qeydiyyat tarixi: 16 noyabr, saat 13:00
Qeydiyyat linki: https://forms.gle/gW6RMFgLy3Q7R2ce6
Təlimçilər: Dr. Fiona Whitethurst və Leigh Sear
Seminarla bağlı sualınız olarsa Creative Spark layihəsinin meneceri Elnur Əliyevə (elnur.aliyev@ereforms.gov.az və ya +994 502894080), eləcə də təlimçi Dr. Fiona Vaythörstə (fiona.whitehurst@newcastle.ac.uk) müraciət edə bilərsiniz.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib