İİTKM və KOBİA, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə birgə “Sukuk - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda beynəlxalq konfrans keçirib

İİTKM və KOBİA, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə birgə “Sukuk - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda beynəlxalq konfrans keçirib

26 oktyabr 2021-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İslam İnkişaf Bankının Qrup Biznes Forumu (THIQAH) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində konfrans keçirilib. Konfrans vebinar formatında olmaqla “Sukukun Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşməsində potensial rolu” mövzusuna həsr olunub.

Konfransda İslam maliyyə sənayesinin inkişaf etməsi üçün kifayət qədər potensial olduğu qeyd olunub. Buna səbəb kimi islam maliyyələşmə alətlərinin geniş investor qruplarının maraqlarına fayda göstərmə potensialını misal göstərmək olar. Belə ki, İslam maliyyə sənayesi hazırda 2.88 trilyon ABŞ dolları qlobal maliyyə aktivlərinə sahibdir. Hesablamalara görə isə bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir. Əlavə olaraq, Sukuk investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarında təkrar bazarda ticarət edilə bilən alətdir. Həmçinin, Sukuk böyük infrastruktur və enerji layihələrində ənənəvi maliyyələşmə mexanizmlərinə tamamlayıcı olaraq, hətta bəzi hallarda alternativ maliyyələşmə mexanizmi kimi inkişaf etməkdədir. 

Konfrans Sukuk məhsulları üzrə maraqlı tərəfləri məlumatlandırmaqla yanaşı müzakirələr aparmaq üçün uğurlu platforma rolunu oynadı. Konfransda Sukukun Azərbaycanda gələcək potensialı və tətbiq sahələri mövzusunda da çıxışlar edildi. 

ICD-nin Baş icraçı direktoru, Hörmətli Ayman Amin Sejini çıxışı zamanı qeyd etdi ki, “ICD üzv ölkələrin inkişafını dəstəkləməyə davam edəcəkdir və bunun üçün yeni mexanizmləri araşdırmağa davam edir. Bu vebinar Azərbaycanda şirkətlərin diversifikasiya edilmiş maliyyə mənbələrinə çıxışın əldə edilməsi üçün təşkil edilən yüksək səviyyəli planın bir hissəsidir.”

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı vurğulayıb ki, “İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün əlverişli platformalardan hesab edilir. Azərbaycanda həyata keçirilən layihələr və müvafiq trendlər onu göstərir ki, Sukuk Azərbaycanda infrastrukturun inkişaf etdirilməsi yönündə aparıcı mexanizmə çevrilə bilər.  Buna görə də, Azərbaycan alternativ maliyyələşmə mexanizmi olan Sukukun tətbiqi üçün əlverişli iqtisadiyyatdır”.

Vebinar zamanı qlobal Sukuk bazarındakı vəziyyət, son trendlər, Azərbaycanda Sukukun tətbiqi imkanları kimi mövzulara toxunulub. Həmçinin, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində çağırışlar və imkanlar mövzusunda panel müzakirələri baş tutub.

Sukuk Azərbaycana infrastruktur üzrə üzləşə biləcəyi maliyyə çətinliklərinin öhdəsindən daha asan gəlməyə müsbət təsir göstərə bilər. İnfrastrukturun inkişaf etdirilməsi milli və davamlı inkişaf məqsədlərinə nail olmaqda vacib elementlərdən biridir. Qlobal səviyyədə də hökumətlər layihələri maliyyələşdirmək, infrastruktur və enerji, bərpa olunan enerji, nəqliyyat, logistika, səhiyyə, təhsil və digər iqtisadi fəaliyyət sahələri üçün resursları səfərbər etmək üçün suveren Sukukdan istifadə edir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) haqqında

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişafı Bankı Qrupunun tərkibində olan təşkilatdır. İslam İnkişaf Bankının İdarə heyəti tərəfindən 1999-cu ilin noyabr ayında təsis edilməsində əsas məqsəd özəl sektor layihələri üçün maliyyə təminatı, rəqabət və sahibkarlığın təşviqi, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətlərinin göstərilməsi və sərhədyanı investisiyaların təşviqi yolu ilə üzv ölkələrin iqtisadi inkişafına dəstək verməkdir. ICD Moody’s reytinqinə görə “A2”, S&P reytinqinə görə “A-“, Fitch reytinqinə görə “A+” olaraq qiymətləndirilib. ICD birgə və ya kollektiv maliyyələşdirmə yaratmaq məqsədi ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurur və inkişaf etdirir. Həmçinin, ICD maliyyələşdirməni daha səmərəli və əhatəli etmək üçün maliyyə texnologiyalarını (Fintech) tətbiq edir. Daha ətraflı məlumat üçün,  www.icd-ps.org ziyarət edə bilərsiniz.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə yaradılıb. İİTKM-in məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir. Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə Strateji Yol Xəritələri (SYX), “Vergi Məcəlləsi”nə dair təkliflərin hazırlanması, Dövlət Proqramlarının monitorinqi və qiymətləndirilməsi kimi fəaliyyətlər ilə məşğuldur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) haqqında

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Məqsəd isə KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.