İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı və CAREC-in direktoru Kabir Jurazoda imzalayıblar.
V.Qasımlı İİTKM ilə CAREC arasında əməkdaşlığın əhəmiyyətindən danışıb və bu memorandumun iki qurumun birgə fundamental tədqiqatlar aparmasına və irimiqyaslı layihələrin həyata keçirməyə imkan verəcəyini bildirib. O, birgə həyata keçiriləcək layihələrin bütövlükdə region ölkələrinin inkişafına və bu ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına töhfə verəcəyini vurğulayıb.
K.Jurazoda öz növbəsində, təmsil etdiyi qurumun Azərbaycanın beyin mərkəzləri, o cümlədən İİTKM ilə əməkdaşlığa böyük önəm verdiyini və ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
İmzalanma mərasimi çərçivəsində İİTKM və Karpaz İqtisadi Forumunun birgə layihəsi olan “Orta dəhliz: mövcud vəziyyət və gələcək perspektivlər” kitabının hazırlanmasında CAREC İnstitutu ilə əməkdaşlıq potensialı da müzakirə olunub. CAREC regionundan müəlliflərin tədqiqata cəlb olunması sahəsində əməkdaşlıq imkanları, eləcə də regionda üzləşilən bir sıra iqtisadi çağırışlar üzrə birgə tədqiqatların aparılması, seminar və təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Memorandum iki qurum arasında bilik mübadiləsi aparmaq, istehsal və xidmət sahələrində yaxın əməkdaşlıq və məsləhətləşmələri inkişaf etdirmək, bu yolla regional inkişafa və inteqrasiyaya töhfə vermək istiqamətində həyata keçiriləcək tədbirləri, o cümlədən müxtəlif formatlı tədbirlərin təşkili, birgə tədqiqatların aparılması, çap materiallarının hazırlanması və digər məsələləri ehtiva edir.
Mərasimdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, millət vəkilləri Aydın Hüseynov və Hikmət Məmmədov, eləcə də beynəlxalq təşkilatların nümayəndələri və İİTKM-in əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, CAREC İnstitutu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Nazirlər Konfransının nəzdində fəaliyyət göstərən, bilik və təcrübə mübadiləsi yolu ilə regional əməkdaşlığı və inteqrasiyanı təşviq edən hökumətlərarası təşkilatdır. Bölgənin aparıcı beyin mərkəzi kimi tanınan institut regionun ortaq gələcəyini və davamlı inkişafını dəstəkləyir. CAREC Proqramı 11 ölkənin – Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın ortaq platformasıdır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf