İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat aldı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi(İİTKM) Amerika Birləşmiş Ştatlarında yerləşən nüfuzlu “Global Business & Finance Magazine” beynəlxalq media qurumunun 2025-ci il üzrə “Texnologiya” nominasiyasında “Rəqəmsal idarəetmə mükəmməlliyi: Süni intellektə əsaslanan monitorinq, qiymətləndirmə və məlumat sistemləri – Azərbaycan 2025 (“Digital Governance Excellence: AI-Based Monitoring, Evaluation and Data Systems Azerbaijan 2025”) mükafatına layiq görülüb.
Mükafatın təqdim edilməsində əsas meyar kimi İİTKM-in süni intellekt texnologiyalarına əsaslanan müasir rəqəmsal proqram idarəetmə platforması xüsusi qeyd edilib. Bu çərçivədə layihələrin idarə olunması, data analitikası, coğrafi informasiya sistemləri (GIS) və video-müşahidə texnologiyalarında süni intellekt imkanlarının səmərəli tətbiqi mühüm rol oynayıb.
Kateqoriya üzrə mükafatlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi İslam Bankı, Küveyt Beynəlxalq Bankı, Keniya Milli Bankı, Misir Milli Bankı, Santander Braziliya Bankı (Banco Santander Brasil S.A.), İordaniya Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Fondu, Almaniyanın “AUCTUS” Kapital Tərəfdaşları və Avropa İttifaqı – Türkiyənin “Karsan” şirkəti olmaqla müxtəlif region və ölkələri, eləcə də qlobal səviyyədə fəaliyyət göstərən nüfuzlu qurumları təmsil edən təşkilatlara təqdim edilib. Bu fakt İİTKM-in qlobal texnologiya və idarəetmə mühitində artan nüfuzunu və qabaqcıl mövqeyini bir daha təsdiqləyir.
Bu beynəlxalq mükafatın qazanılması İİTKM-in süni intellektə əsaslanan innovativ texnoloji həlləri dövlət idarəçiliyinə uğurla inteqrasiya etdiyini, eləcə də Azərbaycanın rəqəmsal dövlətçilik sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanındığını göstərir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib