İİTKM "Startup School 3” layihəsinə start verir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalı ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə tərəfdaşlığı çərçivəsində "Startup School 3: Green and Digital Silk Road" beynəlxalq akselerasiya proqramına başlayır.
“Green and Digital Silk Road” (Yaşıl və Rəqəmsal İpək Yolu) devizi altında keçirilən bu beynəlxalq təşəbbüs 2025-ci ilin aprel-dekabr aylarını əhatə edəcək. Layihə rəqəmsal və yaşıl inkişaf sahəsində fəaliyyət göstərən startaplara dəstək verməklə yanaşı, regionda innovasiya ekosisteminin möhkəmlənməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və qabaqcıl təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradacaq.
Proqramın əsas məqsədi rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində məhsul və ya xidmət təqdim edən startapların inkişafına şərait yaratmaq, innovativ ideyaların regional inteqrasiyasını dəstəkləmək və startap ekosistemi iştirakçıları arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Layihənin missiyası “Yaşıl və Rəqəmsal İpək Yolu” konsepsiyası əsasında iştirakçı ölkələrdə rəqəmsal transformasiya və ekoloji dayanıqlılığın inkişaf etdirilməsidir.
Proqrama Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və Pakistan daxil olmaqla, Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən startaplar müraciət edə bilər.
Layihəyə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Türkiyə və Azərbaycandan olan tanınmış mentorlar cəlb ediləcək.
Qeyd edək ki, "Enterprise Azerbaijan" portalı buna qədər də “Startup School 1” və “Startup School 2 - AI for Green Solidarity” layihələrini uğurla icra edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib