İİTKM SESRIC-lə birgə “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabını hazırlayacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının hazırlanması üzrə birgə layihəyə başlanıb. Layihə iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Onlayn qaydada keçirilmiş görüşdə İİTKM-in icraçı direktoru Prof.Dr. Vüsal Qasımlı hər iki qurumun birgə tərəfdaşlığı ilə hazırlanacaq “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının əhatə dairəsi barədə məlumat verib. Bildirib ki, pandemiyaya hazırlıq, iqlim dəyişikliyi, bərpa olunan enerjiyə keçid, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədlərinə nail olunması kimi məsələlərdə İƏT ölkələrinin birgə fəaliyyəti və onların ən yaxşı təcrübələrinin bölüşdürülməsi üzrə ortaq tədqiqat materialının hazırlanması ümumi işə fayda verəcək. Bu, həm də İƏT ölkələrinin qarşılaşdıqları iqtisadi çağırışların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq. V.Qasımlı eyni zamanda, Azərbaycanın İƏT ölkələri ilə əməkdaşlığa xüsusi önüm verdiyini vurğulayaraq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu əməkdaşlığın uğurla aparıldığını və Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində atdığı addımları qeyd edib.
İşçi səviyyədə davam etdirilən görüşdə SESRIC-in Tədqiqat Departamentinin direktoru Mazhar Hüseyn və baş tədqiqatçısı Kenan Bağcı hazırlanacaq kitabın metodologiyası və İƏT-in 57 üzv ölkəsindən müəlliflərin cəlb olunması sahəsində SESRIC-in dəstəyi barədə məlumat veriblər. Üzv ölkələr tərəfindən üzləşilən iqtisadi problemlərin həllində yerli tədqiqat qurumları ilə birgə fəaliyyətin və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Onlayn müzakirədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova, Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib