İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində icra olunan tədbirlərin monitorinq və qiymətləndirilməsi məqsədilə regionlara səfər ediblər.
Monitorinq qrupu Qusar rayonunda «Samur» dövlət sərhədindən buraxılış məntəqəsində mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşası, «Şirvanlı» dövlət sərhədindən buraxılış məntəqəsinin əsaslı təmir və yenidən qurulması, Xaçmaz rayonunda “Yalama” dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd mühafizə və gömrük orqanları tərəfindən səmərəli nəzarətin həyata keçirilməsi məqsədilə infrastrukturun təkmilləşdirilməsi, məntəqələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi işlərinə baxış keçiriblər.
Bununla yanaşı, Bakı şəhərində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi ilə bağlı monitorinq aparılıb.
Yevlax, Qazax, Ağstafa rayonlarına səfərdə isə Yevlax-Böyük Kəsik sahəsində 7 qəbul-göndərmə yolunun əsaslı təmiri, “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində infrastrukturun təkmilləşdirilməsi, yeni gömrük terminallarının (ticarətin asanlaşdırılması mərkəzlərinin) inşası, “Böyük Kəsik” dövlət sərhəddindən buraxılış məntəqəsində dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi, “Böyük Kəsik” dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi işlərinə baxış keçirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun yaxşılaşdırılması, institusional və struktur islahatlar ölkəmizin haba çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Səfərdə İİTKM-lə yanaşı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi , “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyatı Əlaqələndirmə Şurasının əməkdaşları iştirak ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu