İİTKM nümayəndələri Su Strategiyası çərçivəsində monitorinqləri cənub bölgəsində davam etdiriblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə Mil-Muğan bölgəsində və ölkənin cənubunda yerləşən rayonlarda səfərdə olublar. Səfərdə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Monitorinq qrupu İmişli rayonunda müxtəlif layihələrə baxış keçiriblər. Burada içməli su sistemləri və su təmizləyici obyektlər, Boztəpə və Qızılarx kanallarının torpaq məcralı hissələrinin beton üzlük ilə təkmilləşdirilməsi, Xubyarlı və Məzrəli göllərindən kanal transfer sistemlərinin müşahidəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonra Lənkəran rayonunda Xanbulançay su anbarından qidalanan əsas suvarma kanallarının təmiri, şəhərin mərkəzində yeni su təmizləyici stansiyanın istifadəyə verilməsi, yeni içməli su anbarı və 250 km-lik paylayıcı xəttin çəkilişi, Astara rayonunda Pensərçay sahilində 2,3 km-lik sahilbərkitmə işlərinin tamamlanması, sel bəndlərinin tikintisi ilə bağlı görülən işlər monitorinq edilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yerlərdə aparılan monitorinqlər onu göstərir ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulan tədbirlər, qarşıya qoyulan hədəflər uğurla icra olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Strategiyanın icrası çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, su təhlükəsizliyinin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə prioritet istiqamətləri üzrə tədbirlər həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib