İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər
İİTKM-nin icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn və İİTKM-nin Dövlət Proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının Azərbaycanın həyata keçirdiyi yaşıl enerji dəhlizləri ilə bağlı apardıqları tədqiqatın nəticəsi beynəlxalq konfransda təqdim olunub. Müəlliflərin “Yaşıl Enerji Koridoru: Vizyonu Reallığa Çevirmək” mövzusundakı araşdırması Türkiyənin İstanbul Nişantaşı Universiteti və Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin birgə təşkilatçılığı ilə 2025-ci il 18-19 dekabr tarixlərində keçirilən 3-cü Beynəlxalq Enerji Konfransında iştirakçıların diqqətinə çatdırılıb.
Konfransda çıxış edən Lətif Zeynallı Azərbaycanda son illərdə yaşıl enerji sahəsində mühüm təşəbbüslərin həyata keçirildiyini qeyd edərək, hazırda ölkədə bir neçə enerji koridorunun yaradılması istiqamətində ardıcıl işlərin aparıldığını vurğulayıb.
Eyni zamanda, İİTKM-nin şöbə müdiri bildirib ki, sözügedən layihələr “Türk Dünyası 2040 Vizyonu”nun reallaşmasına əhəmiyyətli töhfə verməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyini möhkəmləndirir və ölkənin strateji rolunu daha da gücləndirir. Onun sözlərinə görə, gələcəkdə Türkiyə və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən inteqrasiyası region üçün yeni imkanlar və mühüm strateji üstünlüklər yarada bilər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib