İİTKM meneceri Vyanada makroiqtisadi idarəetmə mövzusunda seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) meneceri Mətanət Rəsulova Avstriyanın Vyana şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Vyana Birgə İnstitutunun (JVI) təşkilatçılığı ilə “Resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəetmə” mövzusunda keçirilən seminarda iştirak edib.
İİTKM-in meneceri Mətanət Rəsulova bildirib ki, müzakirə zamanı iştirakçılara resursla zəngin ölkələrin makroiqtisadi göstəriciləri ilə digər ölkələrin makroiqtisadi göstəriciləri arasında fərqin qiymətləndirilməsi ilə bağlı nəzəri və praktiki bilik və bacarıqlar öyrədilib. Bu məqsədlə resurslarla zəngin ölkələrdə makroiqtisadi göstəricilərin təhlili, təbii resursların satışından əldə olunan gəlirlərin istifadəsi, qənaəti və ya investisiyasının zəruriliyinin müəyyənləşdirilməsi, institusional məsələlələr kimi mövzulara geniş yer verilib. Bundan başqa gözlənilməyən resurs xərcləri və ya resursların qiymətinin aşağı düşməsi zamanı problemlərin həlli üçün makroiqtisadi siyasət tədbirləri ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilib. Tədbirdə Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrdən 30-dan artıq nümayəndə iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib