İİTKM “İxrac İcmalı”nın onlayn nəşrinə başladı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “İxrac İcmalı”nın onlayn yayımına başlayır. “İxrac icmalı” sahibkarların ixracla bağlı maarifləndirilməsinə xidmət edəcək. “İxrac İcmalı”nın ilk sayında qeyri-neft sektoru üzrə Azərbaycan mənşəli malların ixracına dair dövrü məlumat, Azexport.az portalına bu ilin ilk rübündə daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü və ixrac sifarişlərinin məbləği barədə infoqramlar, ixracatçıların ixrac üçün icazələri vahid elektron ərizə əsasında əldə etmələri və ixrac təşviqini almaq üçün onlayn müraciət imkanları ilə bağlı şərhlərə yer verilib.
Bununla yanaşı ixrac icmalın növbəti saylarında müntəzəm olaraq dünyanın müxtəlif ölkələrinin ixrac və idxalla bağlı qaydalarındakı dəyişikliklər və yeniliklərlə bağlı məlumatlarda əksini tapacaqdır.
Ümumiyyətlə, ixrac icmalı sahibkarların ixracla bağlı məlumatlılığını artırmağa, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək xidmət edəcək.
Qeyd edək ki, “İxrac İcmalı”-nın Baş redaktoru İqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Hüseyndir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür
http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/I_rub/ExportReview2017-1.pdf









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf