İİTKM-in təşkilatçılığı ilə yaşıl inkişaf imkanlarına dair konfrans keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın işğaldan azad edimiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda respublika konfransı keçirilib.
Konfransda İİTKM-in icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn yaşıl iqtisadiyyat, yaşıl enerji, işğaldan azad edilmiş ərazilərin yaşıl inkişaf imkanları və digər istiqamətlər üzrə çıxış edib.
İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov ölkəmizdə alternativ enerji mənbələrinə investisiya qoyuluşundan, işğaldan azad edilmiş ərazilərdə bu sahədə görülmüş işlərdən danışıb, yaxın gələcəkdə neft ölkəsi kimi tanınan Azərbaycanın dünyaya yaşıl enerji ixracatçısı kimi çıxacağını vurğulayıb.
Konfransın digər çıxışçıları cəmiyyətdə yaşıl münasibətlərin və yaşıl düşüncənin formalaşması, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaşıl inkişaf imkanları haqqında öz fikirlərini bölüşüblər; mövzunun aktuallığına diqqəti yönəldərək, konfransın həm də gələcək nəsillərin qarşısında məsuliyyət hissinin formalaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd ediblər.
Konfransa ümumilikdə 10-dan çox dövlət qurumundan və universitetdən nümayəndələr və elm adamları qatılıblar, ümumilikdə 60-dan çox məruzəçi “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi artımın yaşıl amilinin qiymətləndirilməsi”, “Yaşıl maliyyə: perspektivlər və məhdudiyyətlər”, “Yaşıl iqtisadiyyatın əsas prinsipləri və Azərbaycanda yaşıl biznes” və digər mövzularda məruzələr təqdim ediblər.









Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir