İİTKM-in şöbə müdiri Vyanada təqdimatla çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə Avstriyanın paytaxtı Vyanada “Azərbaycan: Makroiqtisadi siyasət" mövzusunda təqdimatla çıxış edib. Təqdimat Beynəlxalq Valyuta Fondu (IMF) İnstitutu və Birləşmiş Vyana İnstitutunun (JVI) təşkilatçılığı ilə keçirilən "Resursla zəngin ölkələrdə makroiqtisadi idarəetmə" kursu çərçivəsində baş tutub.
Təqdimatda Azərbaycanın ümumi və qeyri-neft sektoru üzrə iqtisadi artımı, 2005-2024-cü illər ərzində artım performansı, iqtisadi artıma töhfə verən sektorlar, məcmu buraxılış kəsirinin son 20 ildə hərəkət dinamikası, monetar siyasəti və məzənnə rejimi, inflyasiyanın əsas səbəbləri və mənbələri barədə məlumat verilib. Nicat Hacızadə həmçinin Azərbaycan iqtisadiyyatının və ixracının diversifikasiyası, müasir hesablama üsullarına əsaslanan şaxələndirmə əmsallarının müqayisəsi, SWAN modelinə əsaslanan daxili və xarici sektorda Azərbaycanın mövqeyi və s. məsələlərə toxunub, iştirakçı ölkələrin, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun aparıcı iqtisadçılarının suallarını cavablandırıb.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib