İİTKM-in şöbə müdiri Vyanada beynəlxalq təlimdə iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) İnstitutu və Birləşmiş Vyana İnstitutu (JVI) tərəfindən keçirilən "Model əsaslı monetar siyasət analizi və proqnozlaşdırma (MPAF)” mövzusunda təlimdə iştirak edib.
İki həftə davam edən təlimdə struktur modellərdən istifadə edərək ÜDM, inflyasiya və faiz dərəcələri kimi əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, həmçinin müasir alətlərin tətbiqi, “nowcasting” və alternativ iqtisadi gələcək ssenariləri qurmaq üçün ekonometrik texnikaların istifadəsi tədris olunub və ölkə nümunələrində tətbiqi aparılıb.
Təlim çərçivəsində V. Cəfərova JVI-ın direktoru Herve Joly ilə görüşərək BVF ekspertləri tərəfindən İİTKM-də keçirilən təlimlər barədə məlumat verib və iki qurum arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə İİTKM-də ekonometrik modellərin qurulması, model əsaslı fiskal və monetar təhlillərin aparılması üzrə təlimlərin keçirilməsi sahəsində potensial əməkdaşlıq və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib