İİTKM-in şöbə müdiri Nicat Hacızadə İƏT-in təlimində təqdimatla çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) onlayn konfransında təqdimat edib. O “Kiçik və orta sahibkarlar üçün yüksək ixrac potensialına malik bazarların diaqnostikası və təhlili” mövzusunda tədbirdə "İxracın diversifikasiyası və sofistikasiyası"ndan danışıb. İİTKM-in şöbə müdiri təqdimatında ixracın şaxələndirilməsi ilə əlaqədar siyasətlər, təmərküzləşmə müşahidə edilən iqtisadiyyatlar, ixrac diversifikasiyasını müəyyən edən amillər və hesablama metodları, sofistikasiya siyasəti tətbiq edən ölkələr və onların reytinqləri haqqında məlumat verib.
Tədbirdə həmçinin Malaziyanın İnvestisiya, ticarət və sənaye nazirliyi və Türkiyənin Ticarət nazirliyinin rəsmi şəxsləri təqdimatlarla çıxış edərək KOB-ların inkişafını şərtləndirən mövzular ətrafında müzakirələr aparıblar.
Tədbirin məqsədi İƏT ölkələrində qadınların və gənc sahibkarların səlahiyyətlərinin artırılmasına xüsusi diqqət yetirməklə yüksək ixrac potensialına malik bazarların diaqnostikası və təhlili zamanı kiçik və orta müəssisələrin üzləşdiyi əsas problemləri həll edən anlayışları təqdim etməkdir. Təlimdə həmçinin iştirakçılara bazar təhlili üçün alternativ alətlər və metodologiyalar izah olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib