İİTKM-in şöbə müdiri elmi-praktik konfransda dövlət qurumlarının kommunikasiya siyasətindən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda keçirilmiş Respublika elmi-praktik konfransında iştirak edib.
Z.Talıbova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın “Müasir dövrdə informasiya müharibəsi və media texnologiyaları” adlı panelində “Dövlət qurumlarının kommunikasiya siyasətində innovativ həllər” mövzusunda çıxış edib. O bildirib ki, dövlət qurumlarının kommunikasiya siyasətində tətbiq edilən innovativ həllər düzgün informasiya siyasəti zamanı interaktiv və inklüziv ünsiyyət imkanları yarada bilir.
Konfransda “Heydər Əliyev və Azərbaycan mediası”, “Media savadlılığı cəmiyyətdə informasiya mübadiləsinin zəruri amili kimi” adlı panel iclaslarında da aktiv müzakirələr aparılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf