İİTKM-in şöbə müdiri Ayhan Satıcı: "Azərbaycan Türk dünyasında ticari-iqtisadi potensialın artırılmasında əsas drayverlərdəndir"
Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley görüşü Qazaxıstanın Astana şəhərində “Türk Əsri” çağırışı altında keçirilib. Zirvə görüşündən öncə yüksəkvəzifəli rəsmilərin bir araya gəlməsilə bir sıra iqtisadi və siyasi mövzularda, o cümlədən ticarət, nəqliyyat, gömrük və digər sahələr üzrə sənədlərin hazırlanmasına dair razılıqlar əldə edilib. Zirvə toplantısı TDT-nin geniş gündəliyinə dair yüksək səviyyəli müzakirələr üçün həlledici platforma rolunu oynayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı söyləyib.
Onun sözlərinə görə, dövlət başçılarının ikitərəfli görüşlərinin bu zirvə çərçivəsində keçirilməsi Türk dövlətləri arasında əlaqələrin gücləndiyinin bariz nümunəsidir.
Qeyd edək ki, 10-cu yubiley Zirvə görüşündə TDT-yə sədrlik Özbəkistan Respublikasından Qazaxıstan Respublikasına ötürülüb. Həmçinin Zirvə görüşünün nəticəsi olaraq Türk İnvestisiya Fondu fəaliyyətə başlayacaq.
A.Satıcı bildirib ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. İnvestisiya qoyuluşlarına nəzər yetirsək görə bilərik ki, Azərbaycan birbaşa xarici investisiya qoyuluşunda Türk dövlətləri arasında drayver rolu oynayır. Zirvə görüşündə Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan indiyə qədər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Həmçinin Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da xüsusi qeyd edilməlidir.
Ümumilikdə, TDT çərçivəsində mövcud potensialdan istifadənin arzuolunan səviyyəyə çatması üçün “Türk Dünyası Vizyonu-2040” və TDT 2022-2026 Strategiyası sənədləri qəbul edilib. Periodik olaraq keçirilən görüşlərin əsas məqsədləri bu sənədlər çərçivəsində qarşıya qoyulan məqsədlərə səmərəli şəkildə çatmaqdır. TDT-yə üzv və müşahidəçi ölkələr çərçivəsində ticarət dövriyyəsi 2022-ci ildə 57 milyard ABŞ dollarından çox olub. Halbuki bu ölkələrin 2022-ci ildə dünya ilə ümumilikdə ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edib.
A.Satıcı vurğulayıb ki, mövcud potensialdan effektiv istifadəni təmin etmək məqsədilə son dövrlərdə bir sıra addımlar atılıb. Ticarətin asanlaşdırılmasına dair ən mühüm sənədlərə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” və “Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında” sazişləri göstərmək olar. Hüquqi məsuliyyət daşıyan bu sazişlər ölkələr arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Qeyd edək ki, regionda baş verən geosiyasi natarazlıqlar fonunda yeni bir reallıq yaranıb. Yeni şəraitdə Türk dünyası ölkələrindən keçən və Orta Dəhliz adlandırdığımız nəqliyyat marşrutunun geoiqtisadi mahiyyəti kifayət qədər artıb. Zirvə görüşündə dövlət başçıları da bu çağırışı Türk dövlətlərinin TDT çərçivəsində fürsətə çevirmələrini strateji hədəf olaraq qiymətləndirdiklərini vurğuladılar.
“Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın bilateral əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə Türk dövlətləri ilə əlaqələr dərinləşir. Ölkə başçısı İlham Əliyev son iki ildə Qazaxıstana üç dəfə səfər edib. Zirvə görüşündə qeyd olundu ki, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı təkcə iqtisadi, siyasi və mədəni sahələrlə məhdudlaşdırılmamalı, regionda mövcud olan geosiyasi vəziyyət diqqətə alınaraq hərbi və müdafiə sənayesi kimi sahələrdə də əlaqələr gücləndirilməlidir”,- deyə Ayhan Satıcı diqqətə çatdırıb.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri