İİTKM-in sektor müdiri Xankəndində işğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolundan danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə Energetika Nazirliyi və nazirliyin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbirdə çıxış edib.
Gültac Əhmədzadə-Tapdıqzadə “İşğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxış edərək azad edilmiş ərazilərin regional enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyəti, bu ərazilərin yaşıl enerji konsepsiyası ilə uzlaşdırılmış inkişaf imkanları barədə fikirlər səsləndirib.
Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin və aidiyyəti təşkilatların nümayəndələri iştirak edərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonası konsepsiyasının tətbiqi, bərpa olunan enerji potensialı və bu istiqamətdə həyata keçirilən tədbirləri müzakirə ediblər.
Tədbir Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi formalaşdırılması üzrə görülən işlərin müzakirəsi, dövlət qurumları və akademik mühit arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də regional dayanıqlı inkişaf yanaşmalarının elmi-praktik müstəvidə dəyərləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib