İİTKM-in meneceri Astanada türk dövlətlərinin iqtisadi əməkdaşlığına dair təqdimat edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin meneceri (İİTKM) Ayhan Satıcı Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Seminarı"nda çıxış edib. Seminar türk dövlətlərinin iqtisadi əməkdaşlığı və “İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi”nin yaradılması imkanlarının müzakirəsinə həsr olunub.
İİTKM-in meneceri A. Satıcı seminarın ilk günündə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Türk Dövlətləri Təşkilatının inteqrasiyası üçün iqtisadi zəmin: Əməkdaşlıq və regional dəyər zəncirinin rolu” mövuzlarında təqdimatla çıxış edib.
Qeyd edək ki, iki günlük Seminarın məqsədi Türkdilli ölkələrin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri arasında şəbəkə yaratmaqla əməkdaşlığı gücləndirmək, birgə tədqiqatların aparılmasını təşviq etmək və "Türk Dünyasına Baxış 2040" məqsədlərinə uyğun olaraq türk ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsidir.
Seminarda türk ölkələrinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzlərinin, Türk Akademiyasının, Türk Dövlətləri Təşkilatı Katibliyinin və türk ölkələrinin Qazaxıstanın paytaxtı Astanadakı səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycandan nümayəndə heyəti iştirak edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib