İİTKM-in icraçı direktorunun müavini Çində seminarda iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən seminarda iştirak edir. “Azərbaycan üçün yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuş seminara Azərbaycanın İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin 20 əməkdaşı qatılıb.
Seminar Çinin Beynəlxalq Biznes Rəsmiləri Akademiyası (Academy for International Business Officials - AIBO) tərəfindən təşkil edilib. Seminarda Çinin tanınmış professorları və aidiyyəti qurumlarının rəsmiləri bu ölkənin yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər barədə məlumat veriblər, Çinin yaşıl iqtisadiyyatla bağlı strategiyası və bu sahədə idarəetmə təcrübəsi, həmçinin Çin-Azərbaycan iqtisadi əlaqələri mövzularında mühazirələr oxuyublar. Azərbaycan nümayəndə heyəti də ölkəmizdə yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə çinli alim və ekspertlərə məlumat veriblər.
May ayının 8-də başlayan seminarın nəzəri hissəsi mayın 19-da başa çatacaq. Daha sonra seminar iştirakçıları Çinin bu sahədəki təcrübəsini yerində öyrənmək üçün ölkənin ayrı-ayrı bölgələrinə səfər edəcəklər. Seminar mayın 28-də yekunlaşacaq və iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib