İİTKM-in icraçı direktoru Vüsal Qasımlının “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfransda çıxışı
“Strateji yol xəritələri və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2016-cı il tarixli Sərəncamı dövlət müəssisələrində korporativ idarəetmə sisteminin effektiv şəkildə qurulması üçün əsas zəmindir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bu mövzu geniş araşdırılmış və qabaqcıl dünya təcrübəsi nəzərə alınmışdır. Dövlət müəssisələrində məqsədlərin və hədəflərin aydın olması və mövcud iqtisadi konyunktura əsaslanması, hədəflərin icrası üzrə nəzarət prosesində koordinasiyanın və hesabatlılığın tərəflərə düzgün şamil edilməsi vacibdir. Fəaliyyət nəticələrinə əsaslanan qiymətləndirmə sistemi vasitəsilə motivasiya korporativ idarəetmə standartlarının uğurunun əsasını təşkil edir. Korporativ idarəetmə standartlarının effektiv şəkildə tətbiq edilməsi istiqamətində dövlətin üzərinə düşən əsas vəzifələrə aşağıdakılar aid edilir: dövlət müəssisələrinin geniş mandatının icrasının və məqsədlərinin, eləcə də maliyyə hədəflərinin, kapital strukturu ilə bağlı məqsədlərin və riskə qarşı davamlılıq səviyyələrinin müəyyən edilməsi və monitorinqi, icra göstəricilərinin mütəmadi olaraq monitorinqini və auditini aparmaq, qiymətləndirmək, eləcə də onların korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət etmək imkanı verən hesabatvermə sistemlərinin yaradılması; İxtisaslı peşəkarların cəlb edilməsinə və həvəsləndirilməsinə, eləcə də müəssisənin uzun və orta müddətli maraqlarına xidmət edən aydın kompensasiya siyasətinin müəyyən edilməsi. Dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi rəqabət mühitinin daha da yaxşılaşması, göstərilən xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dövlət-özəl əməkdaşlığı, sərmayə cəlbi və dövlət aktivlərinin səmərəli istifadəsi ilə nəticələnəcəkdir. Korporativ standartlar həm də açıq hökumət və yaxşı idarəetmə deməkdir. Strateji yol xəritələri çərçivəsində bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir.”









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır